İnvestisiya Layihələri
Biz sizə ən sərfəli və məhz sizə uyğun səyahəti planlamağa kömək edəcəyik!
Mühasibat uçotu
Hansı biznes xidmətləri sizə daha uyğundur?
Kömək edərik!
İnventarlaşdırma
Sizin üçün hansı istehlak məhsulları
uyğundur? Məsləhət verərik!
IT consulting
Məhz sizin cibinizə və planlarınıza uyğun
maliyyə xidmətlərinin məlumatları bizdə!
Qiymətləndirmə
Enerji və ətraf mühitin gətirdiyi üstünlüklərdən necə yararlana bilərsiniz?Məsləhət verərik!
İT xidmətlər
Biz aşağıdakılardan ibarət geniş IT xidmətlər məcmusunu təklif edirik:
- İş stansiyalarının dəstəklənməsi, uzaqlaşdırılmış iş yerləri daxil olmaqla
- Serverlərin quraşdırılması, tənzimlənməsi və qulluğu
- Ofis avadanlığının dəstəklənməsi
- Ehtiyat kopyalama sisteminin qurulması
- Korporativ elektron poçtun yaradılması və tənzimlənməsi
- İnternetə daxil olmanın idarə edilməsi
- Lokal ofis şəbəkələrinin yaradılması
- Telefoniyanın montajı və işləkliyinin təminatı
- İnformasiya təhlükəsizliyinin təminatı
- Videomüşahidə sistemlərinin quraşdırılması
- Sizin ofisinizin kompyuterlər və serverlər, periferik qurğular, tamamlayıcılar, proqram məhsulları və çıxar materialları ilə təmin olunması.
Periferik və şəbəkə avadanlıqlarına xidmətə daxildir:
- Planlı-profilaktik işlər:ofis avadanlığına texniki xidmətin göstərilməsi və plan üzrə yoxlamalar.
- Ofis avadanlığının işindəki nasazlıqların aradan qaldırılması: xəta səbəbinin diaqnostikası. PT və/və ya avadanlığın iş fəaliyyətinin bərpası. Təmirin koordinasiyası.
- Avadanlıqların quraşdırılması və yerdəyişməsi.
- Şəbəkə qurğularına qoşulmanın təminatı: ofis orqtexnikasının lokal şəbəkədə iş qabiliyyətinin təminatı.
- Çıxar materiallarının əvəzlənməsi.
- Kabel sisteminin salınması.
- Daxili anbar şəbəkələrinin yaradılması.
- Telefon şəbəkələrinin (analoq və rəqəmsal) formalaşdırılması.
- Wi-Fi şəbəkələrinin yaradıması.
- Rəqəmsal videomüşahidə sistemlərinin formalaşdırılması.
Sizin təşkilatın/müəssisənin IT infrastrukturunda informasiya təhlükəsizliyinin təmini.
- İstifadəçi hesablarının idarə olunması: yaradılması, dəyişdirilməsi, bloklanması və hesabların ləğv olunması. Lokal şəbəkəyə və İnternet resurslardan istifadə səviyyəsinə nəzarət.
- Şəbəkə perimetrinin müdafiəsinin təmini: informasiya təhlükəsizliyi,kənardan şəbəkəyə daxil olmanın məhdudlaşdırılması.
- Serverlərin, iş stansiyalarının, İnternet-trafikin və poçtun antivirus müdafiəsi: antivirus PT-nin quraşdırılması, tənzimlənməsi, texniki dəstək, versiyaların və antivirus bazalarının yenilənməsinin təmini.
- Şifrələmə vəsaitlərinin administrasiyası: elektron poçtların və faylların şifrələnmə vəsaitlərinin idarə olunması. Elektron rəqəmsal imzanın işləkliyinin təminatı.
Məlumat bazalarının hazırlanması, müşayiəti, effektiv idarə olunması:
- Əsas göstəricilərin izlənməsi (saz vəziyyətdə olması, çatım, məlumat bazaları üçün həcmi və boş yer)
- Məlumat bazalarının işi ilə bağlı məsələlərin operativ həlli
- Məlumat bazalarının idarə olunması sisteminə lazımlı düzəlişlərin edilməsi
- Proqram təminatı versiyalarının, məlumat bazalarının idarə olunması sisteminin komponentlərinin vaxtında yenilənməsi (aktuallığın dəstəklənməsi)
- Təhlükəsizliyin təminatı
- Lazımlı sənədləşdirmənin aparılması
- Məlumat bazalarının işinin əsas göstəriciləri üzrə hesabatların tərtib və təqdim olunması
- Məlumat bazalarının işinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanması
- Məlumat bazalarının və məlumat bazalarının idarə sistemlərinin optimizasiyası
- Windows, UNIX, Linux əməliyyat sistemlərində məlumat bazalarının idarə olunması;
- MS SQL Server, Oracle Database, PostgreSQL, MySQ məlumat bazalarının idarə olunma sistemlərinin dəstəklənməsi;
- Məlumat bazalarına yüksək çatıma malik həll yollarına və MBİS səviyyəsində imtinaya davamlılığa əsaslanan qulluq (klaster, güzgüləmə, replikasiya)
Kompyuterlərə xidmətə daxildir:
- Planlı-profilaktik işlər: avadanlığın, quraşdırılmış PT versiyalarının, tətbiqetmələrin plan üzrə yoxlanması və onların yenilənməsi (ehtiyac olarsa).
- İş stansiyalarının bütün nasazlıqlarının aradan qaldırılması, xəta səbəbinin diaqnostikası. İş fəaliyyətinin bərpası, avadanlığın təmirinin koordinasiyası
- İş stansiyalarının lokal şəbəkəyə qoşulmasının təminatı
- İş stansiyaların yerləşdirilməsi və yerlərinin dəyişdirilməsi: yeni istifadəçilərin qoşulması, kompyuterlərin modernizasiyası
- Standart PT-nin idarə olunması: yenilənmiş əməliyyat sisteminin və ofis proqramlarının quraşdırılması və təminatı.
- İstifadəçilərin konsultasiyası: istənilən istifadəçi öz iş stansiyası ilə bağlı bütün suallara görə məsləhət ala bilər
- Təşkilatçının/müəssisənin istifadə etdiyi PT lisenziyalarının idarə olunması və nəzarət edilməsi.
- Uzaqlaşdırılmış iş yerinin dəstəklənməsi: ofisdən kənarda olan işçilərin İnternet vasitəsi ilə lokal şəbəkədə iş qabiliyyətinin təminatı.
Şəbəkə avadanlığının xidmətinə daxildir:
- Planlı-profilaktik işlər.
- Şəbəkənin işindəki nasazlıqların aradan qaldırılması.
- Şəbəkə avadanlığının təmiri və idarə edilməsi: şəbəkə avadanlığının, təhlükəsizlik parametrlərinin, məhsuldarlığın və s. tənzimlənməsi.
Serverlərə xidmətə daxildir:
- Planlı-profilaktik işlər: boş disk məkanının mövcudluğunun, prosessorların yüklənməsinin və s. yoxlanması. PT quraşdırılmış versiyalarının yoxlanması və onların yenilənməsi (lazım olarsa).
- Serverlərin işində nasazlıqların aradan qaldırılması: xəta səbəblərinin diaqnostikası, iş qabiliyyətinin bərpası. Serverlərin lokal şəbəkəyə qoşulmasının təminatı.
- Standart server PT-nin idarə olunması: əməliyyat sisteminin yenilənməsinin və standart server xidmətlərinin quraşdırılması və təminatı.
- Məlumatların ehtiyat kopyalanması və bərpası: məlumatların ehtiyat kopyalanmasının serverlərdə razılaşdırılmış qrafikə uyğun təşkili və nəzarət, onların saxlanması və soğru üzrə bərpası.
Göstərilən xidmətlər arasında IT konsaltinq ayrıca yer tutur.
Bu xidmətlər Sizin biznesin IT strukturundakı problemlərin üzə çıxarılması üçün daha effektiv üsuldur.
IT konsaltinqə daxildir:
- Avadanlığın yoxlanması,
- Proqram təminatının yoxlanması,
- Kabel sisteminin strukturunun yoxlanması,
- İnformasiya sisteminin infrastrukturunun yoxlanması,
- İnformasiya təhlükəsizliyinin yoxlanması.
- Yoxlama nəticəsində biz aşağıdakılardan ibarət geniş hesabat təqdim edirik:
- Hədəflər və məqsədlər,
- Nəticələr,
- Tövsiyələr,
- Konkret təkliflər